Yəmən ordusunun hücumları zamanı İsrail və Səudiyyə Ərəbistanı zabitləri öldürülüb
İyun 20, 2015 09:48 Asia/Baku
-
Yəmən ordusunun hücumları zamanı İsrail və Səudiyyə Ərəbistanı zabitləri öldürülüb
Bir Amerikan qaynaq Yəmən ordusunun hücumları zamanı onlarla İsrail və Ərəbistan hərbi zabitinin öldürülməsindən xəbər verib.
Yəmənin əl-Məsirə telekanalı bir amerikan informasiya portalı olan "Veternz"ə istinadla bildirib ki, Ərəbistanın Əsir vilayətində yerləşən və Ərəbistanın ən iri hava bazası sayılan Xalid ibn Əbdüləziz hava bazasının bir ədəd Skad raketi ilə hədəfə alınması nəticəsində təqribən 20 İsrail və 60 Səudiyyə hərbçisi həlak olub. Bu hadisə zamanı Ərəbistan hava qüvvələrinin komandanı Məhəmməd Şəəlanın da öldüyü bildirilir.Bu amerikan informasiya portalı İsrailli zabitlərin Ərəbistan ordusuna yardım etmək üçün Xalid ibn Əbdüləziz hava bazasında yerləşdiklərini ifşa edərək, bildirib: Bu İsrail hərbçiləri qadağan olunmuş silahlardan istifadə edərək, Yəmənin müxtəlif məntəqələrinə qarşı hücum planlarının hazırlanmasında iştirak edirlər.
Yəmən böhranı Ərəbistan ilə İsrail arasındakı gizli əlaqələri ifşa etmiş oldu. Yəmən ordusu 6 iyun tarixində, Ərəbistanın Yəmənə qarşı təcavüzlərinin başlandığı gündən bəri ilk dəfə olaraq Yəmən sərhədlərindən 150 km uzaqlıqda yerləşən Xalid ibn Əbdüləziz hərbi hava bazasını Skad raketi ilə hədəfə alıb. Ali-Səud rejimi Qərb, xüsusilə də ABŞ-ın Yaxın Şərq məntəqəsində ən yaxın müttəfiqlərindən biri sayılır. Ali-Səud rejimi İsrail rejimi ilə əlaqə qurmaqla, Qərbdən imtiyaz almaq və öz təhlükəsizliyini sığortalamaq niyyətindədir.
Teqlər