Yəmənin xalq müqavimət qüvvələri Məarib vilayətini mühasirəyə alıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195044-yəmənin_xalq_müqavimət_qüvvələri_məarib_vilayətini_mühasirəyə_alıblar
Yəmənin xalq müqavimət qüvvələri Məarib vilayətinin əl-Qaidə terrorçularından azad edilməsi əməliyyatının davamında bu vilayəti mühasirəyə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 20, 2015 12:46 Asia/Baku
  • Yəmənin xalq müqavimət qüvvələri Məarib vilayətini mühasirəyə alıblar
    Yəmənin xalq müqavimət qüvvələri Məarib vilayətini mühasirəyə alıblar

Yəmənin xalq müqavimət qüvvələri Məarib vilayətinin əl-Qaidə terrorçularından azad edilməsi əməliyyatının davamında bu vilayəti mühasirəyə alıblar.

Məndəb Press informasiya agentliyinin məlumatına görə, Ənsarullah xalq hərəkatı və Yəmənin sabiq prezidenti Əli Abdullah Salehə bağlı qüvvələrdən ibarət olan çoxlu sayda xalq müqavimət qüvvəsi bu gün səhər yeni bir cəbhə təşkil edərək, Məarib vilayətini əl-Qaidə terrorçularından təmizləmək üçün, bu vilayəti mühasirəyə alıblar.
Yəməndən daxil olan başqa bir məlumata görə, xalq müqavimət qüvvələri fərari prezident Əbdürrəbbə Mənsur Hadiyə bağlı olan və Ali-Səud rejimi üçün casusluq fəaliyyəti göstərən onlarla muzdlu ünsürü İmran vilayətində həbs ediblər.
Həmçinin, Yəmənin Sədə vilayətində, Bəni Məaz qəbiləsi bildirib ki, ölkə daxilində əl-Qaidə terrorçuları və sərhəd məntəqələrdə Ali-Səud rejiminin təcavüzlərinə qarşı mübarizə aparan ordu və xalq qüvvələrinə yardımların çatdırılması əməliyyatı davam edir.
Bu arada, Ənsarullah xalq hərəkatının əl-Dairi məntəqəsində yerləşən qərargahı yaxınlığında bomba quraşdırılmış bir avtomobilin partladılması nəticəsində Ənsarullah hərəkatının bir qrup üzvü həlak olub və ya yaralanıb.