Terrorçular Suriyada ağır itkilər veriblər
İyun 22, 2015 13:30 Asia/Baku
-
Terrorçular Suriyada ağır itkilər veriblər
Suriya mənbələri ölkənin müxtəlif məntəqələrində çoxlu sayda təkfirçi-terrorçunun məhv edilməsindən xəbər veriblər.
Suriya ordusunun Hava Qüvvələri ölkənin cənub-qərbində, Quneytrə məntəqəsində terrorçuların mövqeləri və sığınacaqlarına qarşı geniş hücumlar təşkil ediblər. Bu əməliyyat zamanı çoxlu sayda terrorçunun ölməsi və yaralanması ilə yanaşı, onların silahları və hərbi sursatları da məhv edilib.Suriynın əl-Əxbariyə informasiya kanalı da bildirir ki, Suriya ordusunun Dəra vilayətində terrorçulara qarşı əməliyyatı zamanı terrorçuların ölkə xaricindən Suriyaya silah və hərbi sursatın həmçinin, tədarükatın gətirilməsi üçün istifadə etdikləri əməliyyat otağı hədəfə alınaraq, tamamilə məhv edilib.
Suriyanın bir təhlükəsizlik qaynağı da bildirib ki, ordu qüvvələri Dəməşqin ətrafında terrorçuların sığınacaqlarına qarşı əməliyyatlar təşkil edərək, bir qrup terrorçunu öldürüb, onların silah və sursatlarını məhv ediblər. Digər terrorçular isə silahlarını ataraq qaçmağa məcbur olublar.
Terrorçu qruplaşmalar sosial şəbəkələrdə ağır məğlubiyyət ilə üzləşdiklərini və böyük itkilər verdiklərini etiraf ediblər.