Ərəbistan Yəmənin şərqində yeni cəbhə açmağa çalışır
İyun 23, 2015 09:35 Asia/Baku
-
Ərəbistan Yəmənin şərqində yeni cəbhə açmağa çalışır
Yəmənin bir hərbi rəsmisi bildirib ki, Ərəbistan Yəmənin şərqində, Həzərmut vilayətində yeni bir cəbhə açmağa çalışdığını bildrib.
Yəmənin rəsmi xəbər agentliyi olan Səba bildirir ki, Yəmənin bir hərbi rəsmisi tam qətiyyətlə bildirib ki, əl-Qaidə ünsürləri və Ali-Səud rejiminə bağlı qrupların Həzərmuda Vədiyə keçid məntəqəsinə hücum etmələri, Ərəbistanın bu keçid məntəqəsinə nəzarəti ələ keçirməyə və yeni bir cəbhə açmağa cəhd göstərməsi istiqamətindədir. Silahlı ünsürlər terrorçulara tədarükatın göndərilməsini asanlaşdırmaq üçün Vədiyə keçid məntəqəsində dövlət işçilərini bu mərkəzdən çıxardıblar.Başqa bir məlumata görə, Yəmənin Məarib vilayətinin tarixi əsərlər və muzeylər ümumi şurasının ofisi bu vilayətin tarixi məkanlarının Ərəbistan qırıcıları tərəfindən bombardman edilməsinə reaksiya olaraq, bir bəyanat yayıb. Bu bəyanatda yerli və beynəlxalq təşkilatlardan istənilir ki, bu hücumların və vəhşiliklərin durdurulması üçün məsələyə müdaxilə etsinlər.
Bu, Ərəbistanın ötən bir ay ərzində tarixi Məab səddinə olan 6-cı hücumudur.
Yəməndən daxil olan başqa bir məlumata görə, əl-Qaidə terrorçuları və Yəmənin İslahat Partiyasının muzdlularının təxribatçı hərəkətlərinin davamında Məarib vilayətində yerləşən Cədan məntəqəsinin elektrik enerjisi kəsilib.
Əl-Qaidə terrorçuları elektrik enerjisinin verilməsinə yaranmış problemi aradan qaldırmaq istəyən Yəmənin Enerji Nazirliyinin mühəndis heyətini də hədəfə alıblar.
Ərəbistan qırıcıları həmçinin, bu gün səhər Həccə vilayətində Ənsarullah xalq hərəkatı və Yəmənin sabiq prezidenti Əli Abdulla Salehə bağlı qüvvələrin nəzarəti altında olan Əbəs sərhəd məntəqəsini bombardman ediblər.
Teqlər