Yəmənli qadınlar Ərəbistanın hücumlarına etiraz ediblər
İyun 24, 2015 17:37 Asia/Baku
-
Yəmənli qadınlar Ərəbistanın hücumlarına etiraz ediblər
Yəmənli qadınlar Ərəbistanın Yəmənə olan hücumlarına etiraz olaraq, aksiya keçirib, beynəlxalq ictimaiyyətdən Ərəbistanın cinayətlərinə son verməsini istəyiblər.
PressTV-nin məlumatına görə, Yəmənli qadınlar çərşənbə axşamı paytaxt Sənada aksiya keçirib, Ali-Səud rejiminin cinayətlərini pisləyiblər. Aksiya iştirakçıları həmçinin dünya ictimaiyyətindən istəyiblər ki, Ərəbistanın Yəməndə müharibə cinayəti törətdiyini rəsmən elan etsinlər.Dünən Sənada, baş prokurorluq binası önündə keçirilən bu aksiyada Səudiyyəli cinayətkarların mühakimə edilməsinə təkid edilib.
Yəmənli aksiya iştirakçıları Yəmənə qarşı hücumda iştirak edən ABŞ, Ərəbistan və digər ölkələrə xitabən bildiriblər ki, təcavüzkarlardan qorxmurlar və əgər bu müharibədə yəmənlilər son nəfərə qədər qırğın edilsələr belə, müqavimət davam edəcək.