Ərəbistan Yəməndə bir xəstəxananı bombaladı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195170-Ərəbistan_yəməndə_bir_xəstəxananı_bombaladı
Xəbər mənbələri Yəmən ətrafında cərəyan edən son olaylarla bağlı bildirirlər ki, Ərəbistan qırıcıları Həccə vilayətində bir xəstəxananı bombalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 25, 2015 06:37 Asia/Baku
  • Ərəbistan Yəməndə bir xəstəxananı bombaladı
    Ərəbistan Yəməndə bir xəstəxananı bombaladı

Xəbər mənbələri Yəmən ətrafında cərəyan edən son olaylarla bağlı bildirirlər ki, Ərəbistan qırıcıları Həccə vilayətində bir xəstəxananı bombalayıblar.

Almotamar.net informsiya portalı bildirir ki, Ərəbistan qırıcıları Yəmənə qarşı hücumlarının davamında Həccə vilayətində, Hərz şəhərinin xəstəxanasını bombalayıblar. Yerli mənbələrin bildirdiklərinə görə, bu hücum xəstəxana binasında ciddi dağıntılara yol açıb. Həmçinin, xəstəxananın öz fəaliyyətini dayandırmasına səbəb olub. Beynəlxalq qurum və təşkilatların çıxmasının ardınca Hərz xəstəxanası bombardman edilməsindən öncəyə kimi, şəhər sakinlərinə səhiyyə xidməti göstərən yeganə tibb mərkəzi idi.
Bu xəstəxananın bombardman edilməsi Hərz şəhəri üçün bir insan faciəsinə səbəb olmuş olacaq.
Ərəbistanın ötən gün Yəmənə olan hücumlarında isə Sədə vilayətində 2 nəfər həlak olub. Bu iki nəfər Ərəbistan qırıcılarının Razeh şəhərində, Ğəmar məntəqəsinə qarşı qadağan olunmuş kaset bombalarından istifadə etməsi nəticəsində həyatını itirib. Bir Yəmən rəsmisi deyib: Sədə vilayəti müharibədən zərərçəkmiş məntəqə elan edilib. Belə ki, hər gün Ərəbistanın hücumlarına məruz qalır və bu şəhər əhalisi hər gün ölüm təhlükəsi ilə üz-üzədir.
Digər tərəfdən Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələri də Yəmən ilə sərhəd məntəqədə 3 ərəbistan hərbçisinin ölməsindən xəbər verib. Bu məlumata görə, Ərəbistanın Quru Qoşunlarının 2 hərbçisi çərşənbə günü Cizan məntəqəsində , daha bir hərbçi isə Əsir məntəqəsində yerləşən Ələb keçidində qətlə yetirilib.
Əl-Əhd informasiya portalı da bildirir ki, Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın hücumlarına cavab olaraq, Cizan məntəqəsində yerləşən Ədduxan bazasını 20 ədəd raketlə hədəfə alıblar.
Ərəbistanın Yəmənə olan hücumlarında indiyə qədər 4 min nəfər ölüb. Ölənlər arasında qadın və uşaqların sayı çoxluq təşkil edir.
Analitiklər bildirirlər ki, Ərəbistanın Yəmənə qarşı cinayətləri İsrail rejiminin Qəzzədə törətdiyi cinayətlərin oxşarıdır.