Yəmənin tanınmış alimlərindən biri terror edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195206-yəmənin_tanınmış_alimlərindən_biri_terror_edilib
Terrorçular Yəmənin mərkəzində tanınmış bir alimi terror ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 26, 2015 12:49 Asia/Baku
  • Yəmənin tanınmış alimlərindən biri terror edilib
    Yəmənin tanınmış alimlərindən biri terror edilib

Terrorçular Yəmənin mərkəzində tanınmış bir alimi terror ediblər.

Əl-Aləm kanalının məlumatına görə, əl-Qaidə terror təşkilatına bağlı silahlılar Yəmənin Məarib vilayətində, Cədan məntəqəsinin ən hörmətli alimlərindən olan Şeyx Naci Şəhran əl-Əcdəini terror ediblər. Bu alim Ərəbistanın Yəmənə qarşı təcavüzləri ilə kəskin müxalif idi.
Başqa bir məlumata görə, Əl-Məyadin informasiya kanalı onlarla ərəbistan hərbçisinin dəniz yolu ilə Ədən şəhərinə daxil olmasından xəbər verib. Birləşmiş Ərəb Əmirliklərinin bir zabitinin Ədəndə öldürülməsinin ardınca onlarla Ərəbistan hərbçisi dəniz yolu ilə Ədənə daxil olublar. Ədəndə Birləşmiş Ərəb Əmirliklərinin bir zabitinin ölməsinin ardınca bəzi informasiya qaynaqları onlarla xarici muzdlunun Ədənə daxil olması xəbərini təsdiq ediblər.
Ədəndə öldürülən Birləşmiş Ərəb Əmirlikləri zabiti Ərəbistanda xüsusi hərbi təlimlər keçdikdən sonra mülki geyimdə Ədənə daxil olan Birləşmiş Ərəb Əmirliyinin 11 zabitindən biri idi.