İyun 27, 2015 10:39 Asia/Baku
  • BMT-nin Qəzzə hesabatının əhəmiyyəti vurğulanıb
    BMT-nin Qəzzə hesabatının əhəmiyyəti vurğulanıb

Həmas Hərəkatının siyasi bürosunun sədrəvəzi BMT-nin İsrail rejiminin 2014-cü ildə Qəzzə zolağına qarşı 50 günlük hücumu barəsindəki hesabatını Qoldston hesabatından əhəmiyyətli adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının Fələstin İnformasiya Mərkəzinə istinadlı verdiyi məlumata görə, Fələstin İslami Müqavimət Hərəkatı Həmasın siyasi bürosununun sədrəvəzi İsmayıl Həniyyə cümə günü Qoldstonun hesabatı ilə müqayisədə BMT-nin hesabatını önəmli hesab edərək bildirib: BMT-nin sionist rejimin Qəzzə zolağına qarşı 50 günlük hücumu barədəki hesabatı bu hücum zamanı Fələstin müqavimətinin silah və funksiyasını qanuni hesab edib.
İsmayıl Həniyyə deyib: Sionist rejimin Qəzzə zolağına qarşı 50 günlük hücumu bu rejimin yalanlarının ifşa olumasına səbəb oldu və BMT-nin son hesabatı onu təsdiqlədi.
Həmasın siyasi bürosunun sədrəvəzi sionist rejimin hava qüvvələrinin 50 günlük hücum zamanı 4 nüvə bombası ölçüsündə partlayıcı maddələri Qəzzə zolağı sakinlərinin üzərinə atdıqlarını bildirərək deyib: Qəzzə zolağına qarşı beynəlxalq və regional məkrli plana baxmayaraq, bu bölgə bu müharibədən başıuca çıxdı.
İsmayıl Həniyyə deyib: Sionist rejim məhsullarına boykot beynəlxalq hərəkatı, Azadlıq-3 gəmilərinin Qəzzə sahillərinə səfəri, dünyanın bir çox tanınmış şəxsiyyətinin Qəzzəyə səfərləri Qəzzəyə qarşı 50 günlük müharibənin nəticələridir.
BMT son hesabatında atəşkəsin pozulması halları, sivillərə və xilasedici obyektlərə və avtomobillərə hücum, eləcə də 50 günlük müharibə zamanı qeyri-hərbi obyektlərin kor-koranə şəkildə bombardman edilməsinə toxunub və onu İsrail rejiminin müharibə cinayətləri adlandırıb.
Sionist rejim ordusu 2014-cü ilin yayında Qəzzəyə qarşı irimiqyaslı hərbi əməliyyat keçirdi. Nəticədə 2100-dən çox fələstinli şəhid oldu, 11 min nəfər də yaralandı.

Teqlər