İyun 27, 2015 12:43 Asia/Baku
  • Rusiya Yəməndə milli müzakirələrin başlanmasını istədi
    Rusiya Yəməndə milli müzakirələrin başlanmasını istədi

Rusiya xarici işlər nazirinin müavini Yəməndə münaqişəyə son qoymaq üçün milli müzakirələrin başlanmasını istəyib.

Səhər Beynəlxalq Televiziyasının Rossiya Seqodnya İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Rusiya xarici işlər nazirinin müavini və bu ölkə prezidentinin Yaxın Şərq məsələləri üzrə nümayəndəsi Mixail Boqdanov Yəmənin Milli Konqres partiyasının heyəti ilə görüşdə bu ölkədə silahlı münaqişənin dərhal dayandırılması və Yəmənin müxtəlif bölgələrinə humanitar yardımların çatdırılmasına şəraitin yaradılması məqsədilə atəşkəsin bərqərar olunmasının vacibliyini vurğulayıb.
Yəmən heyətinin üzvləri də bu görüşdə BMT-nin nəzarəti ilə 18-20 iyunda Cenevrədə keçirilən son məsləhətləşmələrlə bağlı dəyərləndirmələrini açıqlayıb və Yəmən böhranına son qoymaq üçün BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Şeyx Əhmədi dəstəklədiklərini bildiriblər.

Teqlər