İŞİD-in Kobanidəki vəhşiliyi
İyun 27, 2015 13:09 Asia/Baku
-
İŞİD-in Kobani vəhşiliyi
İŞİD terror qruplaşması Suriyanın şimalnda yerləşən Kobaniyə bir daha hücum edərək bu şəhərin 146 sakinini qətliam edib.
Səhər Beynəlxalq Televiziyasının əl-Aləmə istinadla verdiyi məlumata görə, İŞİD terror qruplaşmasının Kobani şəhərinə hücumu nəticəsində 146 sivil həlak olub. Həlak olanların əksəriyyətini uşaq, qadın və qocalar təşkil edirlər.Bu məlumata görə, Kobani şəhərinin bir neçə bölgəsində kürd qüvvələri ilə İŞİD terrorçuları arasında döyüşlər gedir.
Cümə axşamı günü Suriya televiziyası bildirib ki, İŞİD terrorçuları Türkiyə sərhədlərindən Kobani şəhərinə hücum edib və kürd qüvvələri ilə bu şəhərdə toqquşublar.
İŞİD ötən il Kobani şəhərini işğal etdi. Lakin bu şəhərin bir neçə aylıq müqavimətindən sonra geri çəkilməyə məcbur oldu.