Ərəbistanın Yəmənə hücumlarında onlarla xəstəxana dağılıb
İyun 27, 2015 08:55 Asia/Baku
-
Ərəbistanın Yəmənə hücumlarında onlarla xəstəxana dağılıb
Yəmənin Səhiyyə Nazirliyinin sözçüsü Səudiyyə Ərəbistanının hava hücumları nəticəsində onlarla xəstəxananın dağıldığını bildirib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Yəmənin Səhiyyə Nazirliyinin sözçüsü Təmim əl-Şami Livanın əl-Məyadin telekanalına verdiyi müsahibədə bildirib: Ərəbistan Yəmənə hava hücumları nəticəsində indiyə qədər 62 xəstəxana və 115 müalicə mərkəzi dağılıb.Təmim əl-Şami əlavə edib: Şübhəsiz Ərəbistanın hava hücumları Yəmənin müalicə və səhiyyə sektorundakı böhranın əsas səbəbidir və BMT Ərəbistanın tərəfini saxlayaraq bu faciədə məsuliyyət daşıyır.
Yəməndən əldə olunan digər məlumata görə, Ərəbistanın Yəmən paytaxtı Sənanın cənubunda məscid ətrafındakı yaşayış massivlərinə hava hücumunda bir qrup yəmənli həlak olub, bir qrup da yaralanıb.
Digər tərəfdən Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın hava hücumlarının davam etməsinə reaksiyada Cazanda Ərəbistanın hərbi bazalarına doğru 70 raket atıblar.
Başqa bir məlumata görə, silahlı şəxslər İb vilayətində Yəmən Milli Konqres partiyasının rəhbərlərindən Arif Səkrana doğru atəş açaraq onu qətlə yetiriblər.
Yəmənin təhlükəsizlik qüvvələri xalq qüvvələrinin köməyi ilə Sənada akt törətməyə cəhd edən əl-Qaidə qruplaşmasına bağlı bir terror qrupunun üzvlərini həbs ediblər. Həbs olunanların üzərində Ərəbistanın silah və hərbi sursatı aşkarlanıb.
Teqlər