Beynəlxalq təşkilatların Yəmən böhranı qarşısındakı zəif funksiyası
İyun 30, 2015 05:02 Asia/Baku
-
Beynəlxalq təşkilatların Yəmən böhranı qarşısındakı zəif funksiyası
Yəmənin İnsan Haqları Təşkilatının sədri Ərəbistanın Yəməndəki cinayətlərinin davam etməsi və reallıqlara etinasız qalmalarına görə, beynəlxalq təşkilatları qınayıb.
Səhər Byenəlxalq Televiziyasının məlumatına görə, Yəmənin İnsan Haqları Təşkilatının sədri Əməl əl-Məxəzi əlavə edib: Ərəbistanın Yəmənə qarşı hücumlarının pislənilməsi və mühasirəyə son qoyulması məqsədilə Yəmənə hücum cinayətlərinin araşdırılması üçün hüquq koalisiyasının ədalət tələbi yeni məsələ deyildir. Əksinə bu fəryad Ərəbistanın Yəmənə hücumunun ilk günündən olmuşdur.Əməl əl-Məxəzi beynəlxalq təşkilatlar, xüsusilə də BMT-nin Ərəbistanın Yəmənə hücumları və bu ölkədəki cinayətləri qarşısında sükut etdiklərini bildirərək deyib: Beynəlxalq təşkilatlar yalnız öz imiclərini xilas etmək üçün çalışırlar. Çünki indiyə qədər onlar Ərəbistanın cinayətlərinin dayanması və Yəmənin mühasirəsinə son qoyulması üçün heç bir faydalı iş görməyiblər.
Yəmənin İnsan Haqları Təşkilatının sədri Beynəlxalq Amnistiya Təşkilatının Ərəbistanın Yəmən vətəndaşlarına qarşı cinayətləri ilə bağlı məqsədli hesabatlarına toxunaraq bu təşkilatı öz imicini bərpa etmək üçün Yəməndəki həqiqətlərə göz yummamağa çağırıb.
Teqlər