Yəmən raketi Ərəbistanın mərkəzində hərbi bazaya düşdü
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195353-yəmən_raketi_Ərəbistanın_mərkəzində_hərbi_bazaya_düşdü
Yəmən ordusu Ali-Səudun cinayətlərinə reaksiyada Ərəbistanın Ər-Riyad vilayətində bir raket bazasını Skad raketi ilə hədəfə alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 30, 2015 06:07 Asia/Baku
  • Yəmən raketi Ərəbistanın mərkəzində hərbi bazaya düşdü
    Yəmən raketi Ərəbistanın mərkəzində hərbi bazaya düşdü

Yəmən ordusu Ali-Səudun cinayətlərinə reaksiyada Ərəbistanın Ər-Riyad vilayətində bir raket bazasını Skad raketi ilə hədəfə alıb.

Səhər Beynəlxalq Televiziyasının Yəmənin əl-Məsirə telekanalına istinadla verdiyi məlumata görə, Yəmən ordusunun sözçüsü Şərəf Qalib Loğman bildirib: Yəmən qüvvələri Ərəbistanın Ər-Riyad vilayətində əl-Suləyil raket bazasını hədəfə alıblar.
Ər-Riyad vilayəti Ərəbistanın 2-ci böyük vilayətidir və bu ölkənin mərkəzində yerləşir.
Loğman deyib: Skad raketi tam diqqətlə Ərəbistandakı hədəfinə toxunub.
Yəmən ordusunun sözçüsü əlavə edib: Ərəbistanın mərkəzinə raket hücumu səudiyyə düşmənə mesajdır ki, bundan dərs alsın. Çünki belə olmadığı halda, çoxlu hücumların şahidi olacaqdır.
Yəmən ordusu və xalq qüvvələri də Cizan vilayətində Ərəbistanın əl-Dud və əl-Duxan hərbi bazalarını top atəşinə tutublar.
Həmçinin Ərəbistanın cənub-qərbində Əsir vilayətində Ələb hərbi bazası da hədəfə alınıb. Nəticədə səudiyyəli qüvvələr öz hərbi təchizatları ilə birlikdə bu bazadan qaçıblar.
Ərəbistanın qırıcı təyyarələri ötən gün Yəmənin yaşayış massivlərini bombardman edərək əksəriyyəti qadın və uşaq olan təxminən 20 yəmənlini qətlə yetiriblər. Bu hücumlardan birində Yəmənin Marib vilayətində bir ailənin 9 üzvü həlak olub, 3 nəfər də yaralanıb.