ABŞ Yəmənə qarşı müharibədə Ərəbistanın şərikidir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195417-abŞ_yəmənə_qarşı_müharibədə_Ərəbistanın_şərikidir
Siyasi məsələlər üzrə ekspert deyib: Amerika Ərəbistanın Yəməndəki cinayətlərində şərikdir və cavabdeh olmalıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 02, 2015 04:56 Asia/Baku
  • ABŞ Yəmənə qarşı müharibədə Ərəbistanın şərikidir
    ABŞ Yəmənə qarşı müharibədə Ərəbistanın şərikidir

Siyasi məsələlər üzrə ekspert deyib: Amerika Ərəbistanın Yəməndəki cinayətlərində şərikdir və cavabdeh olmalıdır.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Vaşinqtonda Fars Körfəzi Araşdırmalar Müəssisəsinin direktoru Əli əl-Əhməd Press TV-yə müsahibədə deyib: Tamamilə aydındır ki, Amerika Ərəbistanın Yəmən ərazisinə hücumunun bir hissəsidir.
Əl-Əhməd bildirib: Amerikalı zabitlər Səudiyyə Ərəbistanının nəzarət və komandanlıq mərkəzlərindədirlər və bir neçə mərkəzdə səudiyyəli qüvvələrə məsləhət və ya informasiya verməklə bu ölkəyə Yəmənə hücumda kömək edirlər.
O əlavə edib: Amerika peyk kadrlarından və pilotsuz təyyarələrindən istifadə edərək səudiyyəlilərə məlumatlar verir ki, Yəməndə nəzərdə tutulan mövqelər hədəfə alınsın.
Bu təhlilçinin sözlərinə görə, Amerika hətta səudiyyəli təyyarələrin yanacaq doldurma əməliyyatında da iştirak və Ərəbistanı lojistik və sursatla təmin edir.
Əli əl-Əhməd deyib: Yəmənə qarşı ərəbistanın təcavüzləri qarşısında atılacaq hər bir hüquqi addım Amerikaya qarşı addımı da özündə ehtiva etməlidir.
Ərəbistan 26 martdan Yəmənə hücumlara başlayıb. Bu hücumlarda indiyə qədər minlərlə yəmənli həlak olub və yaralanıb.