Səudiyyəlilərin Yəmənə hücumlarının davam etməsinə reaksiya; raket hücumu
İyul 02, 2015 05:48 Asia/Baku
-
Səudiyyəlilərin Yəmənə hücumlarının davam etməsinə reaksiya
Səudiyyə Ərəbistanının Yəmənin müxtəlif bölgələrinə hava və arsenal hücumlarının davam etməsi ilə yanaşı, Yəmən ordusu və xalq qüvvələri səudiyyə ordusunun Cizandakı Cəllah hərbi bazasını raket atəşinə tutublar.
Səhər Beynəlxalq Televiziyasının əl-Məsirə xəbər telekanalına istinadla verdiyi məlumata görə, Yəmən ordusu həmçinin Zəhranda səudiyyə hərbi bazasına da hücum edib.Bu arada Səudiyyə Ərəbistanı rəsmiləri Xəmis Məşit hava bazasındakı komandan və zabitləri xəyanətdə suçlayıblar.
Bu hərbçilər Yəmən ordusunun atdığı Skad raketini atılmazdan 40 dəqiqə öncə səudiyyə ordusunun radarları tərəfindən müəyyənləşməsinə baxmayaraq, onu izləyə bilməyiblər.
Mövcud xəbərlərə görə, bu bazanın bir qrup komandan və zabiti vəzifələrindən kənarlaşdırılıblar.
Səudiyyə Ərəbistanı ordusunun topları Sədənin əl-Qur məntəqəsini hədəfə alıblar.
Yəmən ordusu və xalq qüvvələrinin Təiz vilayətində əl-İslah partiyası və əl-Qaidə ünsürləri ilə döyüşləri də davam edir.
Təizdə təkfirçilər ərzaq anbarlarını ələ keçirməyə çalışıblar. Bu isə ordu və xalq qüvvələrinin reaksiyası ilə üzləşib. Xalq qüvvələrinin əks hücumunda çoxlu sayda təkfirçi öldürülüb və qalan ünsürlər qaçmağa məcbur olublar.
Həmçinin Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın hərbi gəmiləri Ədən şəhərini hədəfə alıblar. Nəticədə bir qrup yəmənli həlak olub.
Səudiyyə Ərəbistanı ordusu Sədədə Razih bölgəsini raketlə hədəfə alıb. Səudiyyə qırıcıları da Sədənin Harrə əl-Zəbat və Cəbəl əl-Əbla bölgəsini bombardman ediblər.
Teqlər