Ərəbistanın Yəmənin müxtəlif bölgələrinə hava hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195489-Ərəbistanın_yəmənin_müxtəlif_bölgələrinə_hava_hücumları_davam_edir
Səudiyyə Ərəbistanı qırıcı təyyarələri Yəmənə hücumlarının davamında bu ölkənin müxtəlif bölgələrini bombardman ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2015 05:50 Asia/Baku
  • Ərəbistanın Yəmənin müxtəlif bölgələrinə hava hücumları davam edir
    Ərəbistanın Yəmənin müxtəlif bölgələrinə hava hücumları davam edir

Səudiyyə Ərəbistanı qırıcı təyyarələri Yəmənə hücumlarının davamında bu ölkənin müxtəlif bölgələrini bombardman ediblər.

Səhər Beynəlxalq Televiziyasının Yəmənin Limutəmr portalına istinadla verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı qırıcı təyyarələri bu gün Yəmən paytaxtı Sənada bir neçə bölgəni bombardman etdikləri zaman bu ölkənin havadan müdafiə sisteminin reaksiyası ilə üzləşiblər.
Şahidlər bildiriblər ki, bu hücumlar zamanı Yəmən paytaxtının cənubunda Cəbəl əl-Nəhdeyn məntəqəsi və bu ölkənin havadan müdafiə bazası hədəfə alınıb.
Ali-Səud rejimi qırıcıları cümə günü də Yəmən paytaxtına bir neçə dəfə hücum ediblər. Bu hücumlar zamanı Yəmən paytaxtının şimalında əl-Cəraf məntəqəsində 4 nəfər həlak olub, 12 nəfər də yaralanıb. Zərərçəkənlərin əksəriyyəti uşaq və qadınlar olub.
Həmçinin Livanın əl-Əhd xəbər portalının məlumatına görə, Ərəbistan qırıcıları Sədə vilayətində Təfərhid məntəqəsini bombalayıblar.
Ali-Səud qırıcı təyyarələri cümə günü də əl-Hədidə vilayətində Beyt əl-Fəqih məntəqəsində bir evi bombalayıblar. Nəticədə 10 sivil həlak olub və bir qrup da yaralanıb. Hadisə qurbanlarının əksəriyyəti uşaqlar olub.
Digər tərəfdən Ərəbistan qırıcılarının Ədəndə özəl şirkətlərə aid bir neçə ərzaq maddələri anbarını bombalayaraq onları tamamilə məhv ediblər.
Ədən vilayətinin ticarət və sənaye palatasındakı bir rəsmi yəmənlilər arasında aclığıln genişlənməsi və onların probleminin artması məqsədilə ərzaq maddələri anbarlarının bombalanaraq məhv edildiyini bildirib.
Həmçinin Yəmən ordusu və xalq qüvvləri Ali-Səudun hava hücumlar və Yəmənin günahsız vətəndaşlarının qətlə yetirilmələrinin davam etməsinə reaksiyada Ərəbistanın cənubunda əl-Müəttən həbi bazaları və əl-Xubə şəhərini raketlə hədəfə alıblar.
Ali-Səud rejiminin Yəmənə hücumları ötən mart ayının 26-dan başlayıb. Bu hücumlarda Yəmənin əsaslı və infrastrukturları, o cümlədən məktəblər, universitetlər, xəstəxanalar, tarixi abidələr hədəfə alınıb.