Ali-Səudun ən yeni cinayəti
İyul 05, 2015 05:57 Asia/Baku
-
Ali-Səudun ən yeni cinayəti
İlkin statistikalara görə, Ali-Səud rejimi qırıcılarının Yəmənin Həccə vilayətinə qarşı hücumunda 35-dən yuxarı yəmənli şəhid olub, 70-dən yuxarı yəmənli də yaralanıbdır ki, onların bir neçəsinin vəziyyəti ağır elan olunub.
IRIB-nin məlumatına görə, Həccə vilayətində Əlməsirə telekanalının müxbiri Vəlid Əlmutəhhər bu telekanal ilə telesöhbətdə həmin mətləbi bildirərək, əlavə edib: Səudiyyə qırıcıları Həccədəki Hirz rayonunun Ahəm üçbucağı məntəqəsinin bazarına hücum ediblər.Səudiyyə qırıcıları bu bazarı bombalamazdan öncə bir neçə oteli hədəfə alıb, həmçinin mavi yanacaq stansiyasını üç dəfə bomablayıblar; nəticədə bu stansiya tam şəkildə məhv olub.
Səudiyyə qırıcıları sonra Ahəm üçbucağı məntəqəsinin bazarına hücum ediblər; nəticədə bir qrup yəmənli şəhid olubdur.
Teqlər