İyul 08, 2015 08:47 Asia/Baku
  • Sənada terror partlayışları
    Sənada terror partlayışları

Yəmən paytaxtı Sənada iki bomba quraşdırılmış avtomobilin partladılması bir neçə nəfərin ölməsi və yaralanması ilə nəticələnib.

Səhər Beynəlxalq Televiziyasının Rusiya əl-Youm telekanalının internet portalına istinadla verdiyi məlumata görə, çərşənbə axşamı gecə terror ünsürləri bomba quraşdırılmış bir avtomobli Səna şəhərinin əl-Surə xəstəxanası yaxınlığında partladıblar. Nəticədə bir neçə nəfər həlak olub və yaralanıb.
Həmçinin Səna şəhərinin əl-Rouz məscidi yaxınlığında törədilən partlayış bir neçə nəfərin ölməsi və yaralanması ilə nəticələnib.
İŞİD terror qruplaşması verdiyi bəyanatda paytaxt Sənada məscid yaxınlığında törədilən aktın məsuliyyətini üzərinə götürüb.
Bu, ötən bir həftə ərzində Yəmən şiələrini hədəfə alan 2-ci terror aktıdır.
30 iyunda da bomba quraşdırılmış avtomobilin partladılması nəticəsində 28 nəfər həlak olmuş və İŞİD terror qruplaşması hadisənin məsuliyyətini üzərinə götürmüşdü.
Bu arada bildirilib ki, Ərəbistan qırıcı təyyarələri Yəmənin Həccə vilayətinin Hirz şəhərində bir xəstəxananı bombalayıblar. Bu hücumlarda bir neçə nəfər həlak olub və yaralanıb.

Teqlər