Səud əl-Feysəl öldü
İyul 10, 2015 08:49 Asia/Baku
Ərəbistan dairələri bu ölkənin sabiq xarici işlər naziri Səud əl-Feysəlin öldüyünü bildiriblər.
Səhər Beynəlxalq Televiziyasının Röytersə istinadla verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı Krallığı Ərəbistanın sabiq xarici işlər naziri Səud əl-Feysəlin öldüyünü bildirib: O xəstəlik və qocalıq səbəbi ilə dünyasını dəyişib. Səud əl-Feysəl son illərdə bağırsaq xərçəngindən əziyyət çəkirdi.Ötən il Abdulla Bin Əbdüləzizin ölümündən sonra iqtisara gələn Səudiyyə Ərəbistanı kralı Salman Bin Əbdüləziz bir neçə ay öncə Səud əl-Feysəli vəzifəsindən azad və bu ölkənin Amerikadakı səfiri Adil əl-Cübeyri onun yerinə təyin etmişdi.
Səud əl-Feysəl 4 dekada Ərəbistanın xarici işlər naziri olub.