İyul 10, 2015 08:55 Asia/Baku
  • Yəməndə müvəqqəti atəşkəs elan olunub
    Yəməndə müvəqqəti atəşkəs elan olunub

BMT cümə günündən mübarək Ramazan ayının sonuna qədər Yəməndə müvəqqəti atəşkəsin bərqərar olunduğunu bildirib.

Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, BMT bildirib ki, Yəməndə atəşkəs cümə gecədən başlayır və mübarək Ramazan ayının sonuna qədər davam edəcək.
BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd əl-Şeyx Sənanı tərk etməzdən öncə bildirmişdi ki, gələn sutka ərzində Yəməndə atəşkəs elan olunacaq.
Bundan öncə Yəmənin fərari hökumətinin sözçüsü Racih əl-Badi BMT-yə bildirib ki, qarşıdurmalara son qoymaq üçün şərtli atəşkəsi qəbul etməyə hazırdır.
Ərəbistanın başçılıq etdiyi ərəb koalisiyası 26 martdan Yəmənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadini iqtidara qaytarmaq məqsədilə Yəmənə qarşı irimiqyaslı hava hücumlarına başladı və bu ölkəni hava, quru və dənizdən mühasirəyə alıb.
BMT-nin hesabatlarına əsasən son bir neçə ayda təxminən 3000 yəmənli həlak olub.
Ekspertlər Ərəbistanın Yəmənə təcavüzü və bu ölkə əhalisinin mühasirəyə alınmasını sionist rejimin Qəzzə sakinlərinə qarşı hərəkətinə bənzədirlər.
Ali-Səud rejiminin hücumları nəticəsində indiyə qədər Yəmənin infrastruktur obyektləri, xəstəxanalar, məktəblər və vətəndaşların mənzilləri dağılmış və on minlərlə yəmənli didərgin düşmüşdür.

Teqlər