Ərəbistanın bir tankı və dörd zirehli avtomobili məhv edilib
İyul 11, 2015 09:37 Asia/Baku
-
Ərəbistanın bir tankı və dörd zirehli avtomobili məhv edilib
Yəmənin xalq qüvvələri bu ölkənin cənub-qərb məntəqələrində ərəbistanlı qüvvələrə ağır zərbələr endirə biliblər.
Press TV-nin məlumatına görə, Ənsarullah qüvvələri cümə günü Yəmənin yaşayış massivlərinin Ərəbistan təyyarələri tərəfindən bombardman edilməsinə cavabda Cizan vilayətində ərəbistnalı qüvvələrin mövqelərinə qarşı bir neçə raket ataraq, Ərəbistanın bir tankı və dörd zirehli avtomobilini məhv ediblər.Bu məlumata görə, Səudiyyə Ərəbistanının Yəmənin Ləhic vilayətinə qarşı ən yeni hücumlarında bir sivil ölüb, üç nəfər də yaralanıbdır.
Həmçinin bir sivil də Yəmənin Həccə vilayətində Ərəbistan təyyarələrinin bombardmanları nəticəsində həlak olub və Şəbvə vilayətində də Ərəbistanın hava hüucmları dörd nəfərin həlak olması, dörd nəfərin də yaralanması ilə nəticələnib.
Belə bir halda BMT-nin bildirdiyinə görə, Yəməndə atəşkəs bu gün səhərdən icraya qoyulubdur.