Əsəd: Qərbin regiondakı siyasətləri məğlubiyyətə uğrayıb
İyul 12, 2015 14:41 Asia/Baku
-
Bəşşar Əsəd
Suriya prezidenti qərbin bu ölkə və Yaxın Şərq üzrə siyasətlərinin iflasa uğradığını bildirib.
Səhər Beynəlxalq Televiziyasının Livanın əl-Əhd xəbər portalına istinadla verdiyi məlumata görə, Suriya prezidenti Bəşşar Əsəd bazar günü Fransa Xristian Demokrat partiyasının sədri və Milli Komitənin üzvü Con Fredrik Pelsenin başçılıq etdiyi parlament heyəti ilə görüşdə deyib: Qərb siyasətçiləri terrorizmin genişlənməsi və bu nəhs fenomenin Avropa ölkələrində nüfuz etməsində təsirli olmuşlar.Suriya prezidenti həmçinin bildirib: Qərbin regiondakı siyasətlərinin məğlubiyyəti region məsələlərində müdaxilə etməmək və terrorizmlə mübarizədə ikili siyasət yürütməməyə dair AVropa ölkələri xalqlarının tələblərinə etinasızlığın nəticəsidir.
Suriya parlamentinin sədri Məhəmməd Cihad əl-Liham da şənbə günü Fransa parlamentinin heyəti ilə görüşdə Fransanın terror qruplaşmalarını dəstəkləməsini tarixi yanlışlıq adlandırıb.
Teqlər