Yəmənin əksər müalicə mərkəzləri bağlanıb
İyul 13, 2015 08:46 Asia/Baku
-
Yəmənin əksər müalicə mərkəzləri bağlanıb
Yəmən vilayətlərinin yarısının müalicə mərkəzləri Ərəbistanın təcavüzü üzündən bağlanıbdır.
Səba xəbər agentliyinin Yəmənin Səhiyyə Nazirliyinə istinadlı məlumatına görə, Ərəbistanla müttəfiqlərinin qırıcılarının bombardmanlarının davam etməsinə görə, Yəmənin bütövlükdə 22 vilayətindən on birində müalicə xidmətləri tamamilə dayandırılıbdır.Yəmənin Səhiyyə Nazirliyi bildirib: Ədən, Ləhic, Səədə, Təəz, Həccə, Əlzali, Əbin, Əlbiyza, Şəbvə, Marəb və Əlcuf vilayətlərindəki müalicə mərkəzləri tibbi təchizatlar və dərman preparatlarının çatışmazlığı, eləcə də əksər xarici tibbi kadrların Yəməndən çıxmaları üzündən xəstələrə ximətlər göstərə bilmirlər.
Yəmənin Səhiyyə Nazirliyi əlavə edib: Yəmən xalqına təcili tibbi, qida və digər yardımların çatdırılması istiqamətində BMT tərəfindən atəşkəsin elan olunmasına rəğmən, hələ heç bir yardım əldə olunmayıbdır. Nazirlik bildirib ki, Yəməndə müalicə durumu üç ay bundan öncədən bəri qeyri-münasibdir.
Teqlər