Suriyada Həmas üzvü terror edilib
İyul 13, 2015 13:06 Asia/Baku
-
Suriyada Həmas üzvü terror edilib
Terrorçu İŞİD qrupunun ünsürləri Suriyanın paytaxtı Dəməşqin cənubunda Həmas-ın baş üzvlərindən birini terror ediblər.
Əlaləm telekanalının məlumatına görə, Həmas-ın baş üzvlərindən olan Mustafa Əlşəran dünən gecə Dəməşqin cənubundakı Yərmuk düşərgəsinin məscidindən çıxarkən baş nahiyəsindən İŞİD qrupu ünsürlərinin atəşinə tuş gəlib və xəstəxanaya köçürüldükdən sonra həlak olub.Mustafa Əlşəran Fələstin Xeyriyyə Təşkilatının sabiq müdiri olub və Dəməşqin cənubundakı Yərmuk düşərgəsində fələstinli didərginlərə yardım çatdırmaq sahəsində əsas rol oynayıb.
Yərmuk düşərgəsi Suriyada fələstinli didərginlərin ən mühüm düşərgəsidir və dörd il bundan öncə bu ölkədə baş vermiş gərginliklərdən sonra terrorçular tərəfindən bu düşərgədə iki mindən yuxarı fələstinli didərgin öldürülübdür.
Teqlər