Səudiyyəlilərin Yəmənin müxtəlif məntəqələrinə qarşı hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195839-səudiyyəlilərin_yəmənin_müxtəlif_məntəqələrinə_qarşı_hücumları_davam_edir
Ali-Səud rejiminin qırıcıları Yəmənə qarşı hücumlarının davamında bu ölkənin müxtəlif məntəqələrini bombalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 13, 2015 15:35 Asia/Baku
  • Səudiyyəlilərin Yəmənin müxtəlif məntəqələrinə qarşı hücumları davam edir
    Səudiyyəlilərin Yəmənin müxtəlif məntəqələrinə qarşı hücumları davam edir

Ali-Səud rejiminin qırıcıları Yəmənə qarşı hücumlarının davamında bu ölkənin müxtəlif məntəqələrini bombalayıblar.

Yəmənin Əlməsirə telekanalının məlumatına görə, təcavüzkar səudiyyə qırıcıları Yəmənə qarşı hücumlarının davamında paytaxt Sənada "Səvan" yaşayış massivini bombalayıblar ki, nəticədə 25 yəmənli həlak olub, 50 nəfər də yaralanıbdır.
Ərəbistan qırıcıları həmçinin Sənanın Cəbəl Nəqəm məntəqəsini də bombalayıblar ki, nəticədə bir neçə yəmənli yaralanıbdır.
Səədə vilayətində səudiyyəlilərin Əlcəbəl Ələhmər, Şəqdəm, Cəbəl Əbu Əlnar, Qafirə və Əlmənzalə məntəqələrinə qarşı artilleriya hücumları onlarla yəmənlinin həlak olması və yaralanmasına səbəb olub.
Ərəbistan qırıcılarının Yəmənə qarşı digər bir hücumunda Ədən vilayəti dörd dəfə səudiyyə qırıcıları tərəfindən bombalanıbdır. Bir neçə yəmənli yaralanıb.
Ləhic vilayətində də səudiyyə qırıcıları Əlvəhəb məntəqəsini bir neçə dəfə bombalayıblar.
Həccə vilayətində isə səudiyyə qırıcıları Hirs dövlət xəstəxanasını bombardman ediblər ki, nəticədə üç nəfər həlak olub.
Ərəbistanın Yəmənə qarşı hücumlarının şiddətlənməsi elə bir haldadır ki, BMT bu ölkədə zərərçəkənlərə humanitar yardımlar məqsədilə cümə günündən mübarək Ramazan ayının sonunadək atəşkəs elan edibdir.