Yəmən ordusu Ərəbistanı raket atəşinə tutub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195910-yəmən_ordusu_Ərəbistanı_raket_atəşinə_tutub
Yəmən ordusu və xalq qüvvələri Ali-Səud qırıcı təyyarələrinin hücumlarının davam etməsi və sivillərin kütləvi şəkildə qırğın edilməsinə reaksiyada onlarla raketi Ərəbistanın hərbi bölgələri, Həmçinin Zəhran məntəqəsinə atıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 16, 2015 04:33 Asia/Baku
  • Yəmən ordusu Ərəbistanı raket atəşinə tutub
    Yəmən ordusu Ərəbistanı raket atəşinə tutub

Yəmən ordusu və xalq qüvvələri Ali-Səud qırıcı təyyarələrinin hücumlarının davam etməsi və sivillərin kütləvi şəkildə qırğın edilməsinə reaksiyada onlarla raketi Ərəbistanın hərbi bölgələri, Həmçinin Zəhran məntəqəsinə atıblar.

Səhər Beynəlxalq Televiziyasının əl-Əhd xəbər portalına istinadla verdiyi məlumata görə, Yəmən ordusu və xalq qüvvələri 6 qrad raketini Ərəbistan sərhədində Zəhran telekommunikasiya qovşağına atıblar.
Bu məlumata görə, 5 qrad raketi Ərəbistanın Cizan məntəqəsində Məlhəmə hərbi bazasına atılıb.
Yəmən ordusu və xalq qüvvələri Nəcranda əl-Feysəli polis mərkəzinə də bir neçə raket atıblar.
Digər tərəfdən Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Təiz vilayətində bir bölgəyə hücumlarının davam etməsinə nəticəsində 11 yəmənli həlak olub, onlarla nəfər də yaralanıb.
Ali-Səudun hücumları nəticəsində indiyə qədər Yəmənin infrastruktur obyektləri, xəstəxanalar, məktəblər və vətəndaşların evləri viran olmuş və minlərlə yəmənli, o cümlədən yüzlərlə qadın və uşaq həlak olmuş və yaralanmışdır.