Sionist rejim Qəzzə zolağına hava hücumu edib
İyul 16, 2015 13:33 Asia/Baku
Sionist rejimin qırıcı təyyarələri bu gün səhər Qəzzə zolağının şimal və mərkəzində Həmas hərəkatının iki mövqeyini bombardman ediblər.
Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Fələstinin təhlükəsizlik dairələri və şahidlər sionist rejimin Qəzzə zolağına hava hücumunu təsdiqləyərək deyiblər: Hələlik sionist rejimin bu yeni cinayətinin ölü və yaralılarının sayı açıqlanmayıb.Bir təhlükəsizlik mənbəyi deyib: Sionist rejimin F-16 qırıcı təyyarələri bu gün Cibalya şəhərciyində Qəzzə zolağının hüquq idarəsinə iki raket ataraq çoxlu xəsarətlər vurublar.
Məlumata görə, dərhal hadisə yerinə təcili yardım və yanğınsöndürmə işçiləri cəlb olunub.
Qüdsü işğal etmiş rejim başçıları bundan öncə iddia etmişdilər ki, ötən gecə Qəzzə zolağından işğal olunmuş ərazilərin cənubuna doğru bir raket atılıb.
Sionist rejim ötən il yayda Qəzzə zolağına qarşı vəhşicəsinə hücumlarda 2200 günahsız fələstinli, o cümlədən yüzlərlə uşaq və qadını şəhid etdi və bu bölgənin infrastruktur obyektləri və evlərini dağıtdı.