Ərriyadda bomba qoyulmuş avtomobil partlayıb
İyul 17, 2015 08:49 Asia/Baku
-
Ərriyadda bomba qoyulmuş avtomobil partlayıb
Bomba qoyulmuş bir avtomobil Ərəbistanın paytaxtı Ərriyadda, bir yoxlama-buraxılış məntəqəsində partlayıb.
Əlaləm-in məlumatına görə, Ərəbistan Daxili İşlər Nazirliyi dünən gecə bomba qoyulmuş bir avtomobilin Ərəbistanın paytaxtı Ərriyaddakı bir yoxlama-buraxılış məntəqəsində partlamasını təsdiqləyib. Ərəbistan Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, bu partlayışda avtomobilin sürücüsü ölüb, iki təhlükəsizlik qüvvəsi də yaralanıbdır.Bundan öncə də Ərəbistanın şərqində iki partlayış baş vermiş, onlarla nəfər ölmüş və ya yaralanmışdı.
Ərəbistan regionda terrorçu İŞİD qrupunun əsas himayəçilərindən biridir və bu qrupa, eləcə də digər terrorçu qruplara əlindən gələn köməyi əsirgəmir.