İsrail hərbçiləri 2 fələstinlini həbs ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196018-İsrail_hərbçiləri_2_fələstinlini_həbs_ediblər
İsrail hərbçiləri işğal edilmiş ərazilərdə fələstinlilərin həbs edilməsi əməliyyatının davamında 2 fələstinlini həbs ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 19, 2015 09:00 Asia/Baku
  • İsrail hərbçiləri 2 fələstinlini həbs ediblər
    İsrail hərbçiləri 2 fələstinlini həbs ediblər

İsrail hərbçiləri işğal edilmiş ərazilərdə fələstinlilərin həbs edilməsi əməliyyatının davamında 2 fələstinlini həbs ediblər.

Fələstin informasiya agentliyinin verdiyi məlumata görə, sionist rejim hərbçiləri bu gün səhər işğal altında olan Qüds şəhərində 2 fələstinlini həbs ediblər. Bu məlumata görə, şənbə günü də sionist qəsəbə sakinləri İordan çayının qərb sahilində, Beyt Ləhmin cənubunda yerləşən Xızır kəndində fələstinlilərə məxsus bağlara hücum ediblər. Sionist qəsəbə sakinləri ağacları kəsərək, fələstinli əkincilərə ciddi zərər və ziyan yetiriblər.