YUNESKO-nun Yəmənin mədəni irsinin qorunması üçün təcili proqramı
İyul 23, 2015 08:52 Asia/Baku
-
YUNESKO-nun Yəmənin mədəni irsinin qorunması üçün təcili proqramı
YUNESKO bildirib ki, Səudiyyə Ərəbistanının hava hücumlarının davam etməsi ilə məhv olmaq təhlükəsi ilə üzləşən Yəmənin, xüsusilə də Səna şəhərinin mədəni irsi, tarixi binaları və mərkəzlərini qorumaq üçün təcili proqramı hazırlamağa başlayıb.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatı YUNESKO-nun baş katibi İrina Bokova deyib: Mədəni irsi dağıtmaq Yəmən xalqının ləyaqəti və kimliyinə, eləcə də onun gələcəyinə açıq-aşkar təsir göstərəcək.Yəmən hökumətinin təklikdə bu proqramın büdcəsini təmin etmək üçün iqtisadi imkanlara malik olmadığını bəyan edən Bokova beynəlxalq ictimaiyyəti bu proqramın icrası üçün nəzərdə tutan maliyyə yardımlarını təmin etməyə çağırıb.
BMT-nin hesabatlarına əsasən, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın 26 martdan Yəmənə hücumlarının davam etməsi nəticəsində Təiz, Səna, Ədən, Zübeydə, Sədə və Marib şəhərlərinin mədəniyyət obyektlərinin əksəriyyəti ya dağılıb və yaxud da çoxlu xəsarətlər görüb.