YUNİSEF 3 həftə susuzluqdan sonra Hələb sakinlərinə su verməyə başlayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196125-yunİsef_3_həftə_susuzluqdan_sonra_hələb_sakinlərinə_su_verməyə_başlayıb
BMT-nin Uşaq Fondu YUNİSEF Suriyanın Hələb şəhərində suyun verilməsi əməliyyatını artırdığını bildirib. Lakin bu şəhər əhalisinin təxminən 500 min nəfəri hələ də sağlam içməli sudan məhrumdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 23, 2015 04:23 Asia/Baku
  • YUNİSEF 3 həftə susuzluqdan sonra Hələb sakinlərinə su verməyə başlayıb
    YUNİSEF 3 həftə susuzluqdan sonra Hələb sakinlərinə su verməyə başlayıb

BMT-nin Uşaq Fondu YUNİSEF Suriyanın Hələb şəhərində suyun verilməsi əməliyyatını artırdığını bildirib. Lakin bu şəhər əhalisinin təxminən 500 min nəfəri hələ də sağlam içməli sudan məhrumdur.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, YUNİSEF-in Suriyadakı nümayəndəsi Həna Singer bu xəbəri bildirərək deyib: Hələb şəhərinin bəzi bölgələrinin sakinləri isti hava şəraitində 3 həftədən artıq içməli sudan məhrum olublar.
YUNİSEF rəsmisi əlavə edib: Yetərli və sağlam içməli suyun olmaması Hələb şəhərində minlərlə uşaq su çatışmazlığı ilə bağlı xəstəliklərlə qarşı-qarşıyadır.
YUNİSEF-in Suriyadakı rəsmisi terror qruplaşmaların Hələbdə suyun qarşısını yenidən aldıqları halda, susuzluq böhranı və xəstəliklərin yayılmasından nigaranlıq edərək bir daha Suriyada toqquşan tərəflərə xəbərdarlıq edib ki, şəhər xidmətləri, o cümlədən su boru kəmərləri və müalicə obyektlərinin işinə problem yaratmaqdan çəkinsinlər.