Yəməndə BƏƏ-nin əməliyyat palatası məhv edildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196127-yəməndə_bƏƏ_nin_əməliyyat_palatası_məhv_edildi
Yəmən ordusu Yəmənin cənubunda terrorçuları dəstəkləyən Birləşmiş Ərəb Əmirlikləri zabitlərinin əməliyyat palatasını məhv edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 23, 2015 05:12 Asia/Baku
  • Yəməndə BƏƏ-nin əməliyyat palatası məhv edildi
    Yəməndə BƏƏ-nin əməliyyat palatası məhv edildi

Yəmən ordusu Yəmənin cənubunda terrorçuları dəstəkləyən Birləşmiş Ərəb Əmirlikləri zabitlərinin əməliyyat palatasını məhv edib.

Səhər Beynəlxalq Televiziyasının əl-Məyadin telekanalına istinadla verdiyi məlumata görə, Yəmən ordusu bu hücumunda BƏƏ və Fars körfəzinin ətrafındakı bəzi ərəb ölkələrinin bir qrup zabiti və qüvvəsi öldürülüb.
Ədən şəhəri son günlərdə Yəmənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadini dəstəkləyən silahlı şəxslər və əl-Qaidə terrorçuları ilə ordu və xalq qüvvələri arasında ağır toqquşmaların şahidi olub. Eyni zamanda Ərəbistan qırıcı təyyarələri də Yəmənin obyektlərini hədəfə alıblar ki, Yəmən ordusunu Ədən limanından geri çəkilməyə məcbur etsinlər.
Ərəb medialarının geniş təbliğatına baxmayaraq, Ədən hələ də Yəmənin Ənsarullah xalq hərəkatı və xalq qüvvələrinin nəzarətindədir.
Yəməndən əldə olunan digər bir məlumata görə, Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın Yəmənin müxtəlif bölgələrinə hücumlarının davam etməsinə reaksiyada Əsir və Cizan vilayətlərində Ərəbistanın hərbi mövqelərini raketlə atəşə tutublar.