İyul 24, 2015 08:57 Asia/Baku
  • Yəmən ordusu Ədən aeroprtuna hücum edib
    Yəmən ordusu Ədən aeroprtuna hücum edib

Yəmən ordusu və xalq qüvvələri fərari prezident Mənsur Hadinin tərəfdarlarının nəzarətində ölan Ədən beynəlxalq aeroportunu minaatanlarla hədəfə alıblar.

Səhər Beynəlxalq Televiziyasının əl-Məyadin xəbər telekanalına istinadla verdiyi məlumata görə, Yəmən Ənsarullahı Hərəkatının sözçüsü Məhəmməd Əbdüssalam bildirib: Ordu və xalq qüvvələri Ədəndə terrorçulara hücuma hazırlaşır.
Ərəbistan 130 hərbi avtomobili və bir neçə hərbi helikopteri əl-Qaidə terrorçuları və fərari prezident Mənsur Hadiyə bağlı qüvvələrə dəstək üçün Ədənə göndərib.
Ərəbistan və Mənsur Hadiyə bağlı qüvvələrin Yəmən ordusu və xalq qüvvələrinin ölkə ərazisinin 80%-dən çoxuna nəzrət etmələri ardınca, bu ölkədə heç bir uduş kartları yox idi. Elə buna görə, Ədənə nəzarət etməklə Yəməndə bir bazanı ələ keçirmək, Yəmən ordusu və xalq qüvvələrinə qarşı quru əməliyyatı istiqamətləndirmək və Mənsur Hadinin və əl-Qaidə ünsürlərinə silah-sursat göndərmək istəyirlər.

Teqlər