İyul 26, 2015 10:34 Asia/Baku
  • Seyid Həsən Nəsrullah
    Seyid Həsən Nəsrullah

Livan Hizbullahının baş katibi deyib: Terrorçuları Suriyaya edərək bu ölkə quruluşu və müqaviməti devirmək istəyən ölkələr hazırda məğlub olmaqdadırlar.

Səhər Beynəlxalq Televiziyasının əl-Minar telekanalına istinadla verdiyi məlumata görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah şənbə gecə müqavimət şəhidləri övladlarından bir qrupunun məzun olmaları ilə əlaqədar keçirilən tədbirdə çıxış edib: Hizbullah fəxr edir ki, terrorçu qruplaşmaların Livan ərazisinə nüfuz etmələrinin qarşısını almaq üçün Suriya ilə sərhəd bölgələrdə bu ölkənin qüvvələri ilə əməkdaşlıq edir və bu əməkdaşlıq terrorçuların ardıcıl məğlub olmalarına səbəb olub.
Hizbullahın baş katibi əlavə edib: Bu hərəkatın hərbçilərinin Suriya ilə əməkdaşlığı qeyd olunan nəticələrdən əlavə, iki ölkənin sərhəd bölgələrində təhlükəsizlik əmsalının artmasına, düşmənlərin məkrli planlarının zərərsizləşdirilməsinə, Suriya quruluşu və müqavimət cəbhəsini devirmək üzrə onların planlarının məğlub olmasına səbəb olub.

Teqlər