İyul 26, 2015 10:36 Asia/Baku
  • Türkiyənin İraq və Suriyanın şimalına hücumunda 70 nəfər ölüb və yaralanıb
    Türkiyənin İraq və Suriyanın şimalına hücumunda 70 nəfər ölüb və yaralanıb

Türkiyənin İraq və Suriyanın şimalına hava hücumları 30 nəfərin ölməsi və 40 nəfərin yaralanması ilə nəticələnib.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Türkiyə qırıcılarının Suriya və İraqın şimalına ötən iki gecəki hücumlarında PKK-nın 30 üzvü ölüb və 40 nəfər, o cümlədən bir qrup qeyri-hərbçi yaralanıb.
Türkiyə qırıcıları şənbə gecə İraq və Suriyanın şimalında 400 məkanı bombardman ediblər.
Həmçinin ötən gün Ankara təsdiqləyib ki, Türkiyə ərazisində İŞİD terror qruplaşması və PKK-ya qarşı əməliyyatda İŞİD və PKK-ya bağlı 320 nəfər müəyyənləşdirilərək həbs olunub.

Teqlər