"Qərbin diktəsini heç vaxt qəbul etməyəcəyik"
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196221-_qərbin_diktəsini_heç_vaxt_qəbul_etməyəcəyik_
Suriya prezidenti bildirib: Suriya böhranından xilas olmaq üçün həqiqi siyasi həll yolunu terrorizmin kökünü kəsməklə yanaşı irəlilədirik.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 26, 2015 15:31 Asia/Baku
  • Bəşşar Əsəd
    Bəşşar Əsəd

Suriya prezidenti bildirib: Suriya böhranından xilas olmaq üçün həqiqi siyasi həll yolunu terrorizmin kökünü kəsməklə yanaşı irəlilədirik.

Səhər Beynəlxalq Televiziyasının verdiyi məlumata görə, Suriya prezidenti Bəşşar Əsəd bu gün Suriyanın ictimai təşkilatları, müxtəlif birliklər, ticarət, sənaye, kənd təsərrüfatı və turizm palatalarının üzvləri ilə görüşdə deyib: Suriya hökuməti bu böhrana son qoymaq üçün siyasi həl yolunu istəyir. Lakin qərbin diktəsini heç vaxt qəbul etməyəcək.
Xaricdəki müxaliflər və silahlı terror qruplaşmaların Qərbi dinlədiklərini bildirən Əsəd deyib: Bu tərəflərlə danışıqlar əbəsdir. Çünki bunlar yalnız qərb ölkələrinin tələblərini gerçəkləşdirməyə can atırlar.