Küveytin şiə ailələri şikayət etdilər
İyul 27, 2015 11:08 Asia/Baku
Küveytin şiə ailələri bu ölkənin Səvabir məntəqəsində İmam Sadiq (ə) məscidinin partlayış amillərindən şikayət ediblər.
Səhər Beynəlxalq Televiziyasının əl-Əhd Nyuz xəbər portalına istinadla verdiyi məlumata görə, İmam Sadiq (ə) məscidi partlayışında həlak olanlar və yaralananların ailələri məhkəməyə 50-dən çox şikayət ərizəsi təqdim edərək bu cinayət müqəssirlərinin mühakimə edilməsini istəyiblər.Küveytdə terror aktında həlak olan və yaralananların ailələri öz şikayətlərində müttəhimlərə edam cəzasının təyin olunması və kompensasiyanın ödənməsini vuğrulayıblar.
Bu məlumata əsasən, Küveyt şikayətçilərinin şikayətinin araşdırılması üzrə ilk iclas 4 avqustda keçiriləcək.
26 iyunda İŞİD üzvü olan səudiyyəli terrorçunun Küveytin Səvabir məntəqəsindəki İmam Sadiq (ə) məscidinə hücumunda 27 namaz qılan həlak olmuş və 227 nəfər də yaralanmışdır.