Səudiyyəli və BƏƏ-li muzdlular Ədəndə ağır tələfat veriblər
İyul 27, 2015 06:40 Asia/Baku
-
Səudiyyəli və BƏƏ-li muzdlular Ədəndə ağır tələfat veriblər
Yəmən ordusu və xalq müqavimət qüvvələri Ədən şəhərində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin muzdlularına ağır xəsarətlər vurublar.
Səhər Beynəlxalq Televiziyasının Yəmənin Rəsmi İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Yəmənin bir hərbi rəsmisi deyib: Yəmən ordusu və xalq müqavimət qüvvələri Ədən şəhərində böyük nailiyyətlər əldə edib və çoxlu sayda əl-Qaidə ünsürü və Ərəbistan muzdlusunu məhv ediblər.O əlavə edib: Ordu və xalq qüvvələri bir neçə əməliyyatda Ərəbistan muzdluları və əl-Qaidə ünsürlərinin Dar Səəd, əl-Vəht, əl-Əriş və Ber Əhməd bölgələrinə doğru irəliləmələrinin qarşısını alıb və onların çoxlu təchizatını məhv ediblər.
Bu hərbi rəsmi həmçinin deyib: Ordu və xalq müqavimət qüvvələri Yəmənin fərari prezidentinin bəzi nazirləri və sabiq təhlükəsizlik rəhbərinin yaşayış massivini hədəfə alıblar. Nəticədə bu yaşayış massivində olan Ərəbistan muzdlularının 7 başçısı öldürülüb.
Yəmənli rəsminin sözlərinə görə, Birləşmiş Ərəb Əmirlikləri zabitlərinin Ədəndəki əməliyyat palatasına hücum olunub. ONlarla BƏƏ-li zabit və muzdlu öldürülüb və yaralanıb.
Ərəbistan və müttəfqləri 26 martdan Yəmənin istefa vermiş və fərari hökumətini iqtidara qaytarmaq bəhanəsi ilə və bu ölkəyə istilasını davam etdirmək məqsədilə Yəmənə təcavüzə başlayıb və bu ölkəni hərtərəfdən mühasirəyə alıb.
Teqlər