Qüdsün baş müftisi "İsrail" başçılarının mühakimə olunmasını istəyib
İyul 27, 2015 13:37 Asia/Baku
Fələstin ərazisi və Qüdsün baş müftisi sionist rejim başçılarının beynəlxalq dairələrdə mühakimə olunmasını istəyib.
Səhər Beynəlxalq Televiziyasının Fələstin İnformasiya Mərkəzinə istinadla verdiyi xəbərə görə, Fələstin ərazisi və Qüdsün baş müftisi Şeyx Məhəmməd Hüseyn sionistlərin əl-Əqsa məscidinə qarşı hərəkətlərini pisləyərək deyib: Qüdsün islam müqəddəsləri, xüsusilə də əl-Əqsa məscidinə hörmətsizliyin davam etməsi regionu zorakılıq və hərtərəfli müharibəyə sürükləyir.Şeyx Məhəmməd Hüseyn deyib: İfrat sionist qəsəbə sakinləri açıq-aşkar şəkildə əl-Əqsa məscidinə hörmətsizlik üçün çağırış edirlər.
Baş müfti islam və ərəb ümməti, Ərəb Liqsı, İslam Əməkdaşlıq Təşkilatı və Qüds Komitəsini sionist rejimin əl-Əqsa məscidinə qarşı cinayətlərinin dərhal dayandırılması üçün müdaxilə etməyə çağırıb.