İyul 28, 2015 20:27 Asia/Baku
  • Yəmənlilər BMT-nin Sənadakı ofisi önündə aksiya keçiriblər
    Yəmənlilər BMT-nin Sənadakı ofisi önündə aksiya keçiriblər

Yəmən əhalisi BMT-nin bu ölkənin paytaxtındakı ofisi önündə aksiya keçirib.

Livanın Əlməyadin telekanalının məlumatına görə, Yəmən əhalisi bu gün BMT-nin bu ölkənin paytaxtındakı ofisi önünə toplaşaraq, bu təşkilatın Ərəbistanın Təəz vilayətinin Əlməxa şəhərindəki cinayətləri qarşısında susmasını pisləyib.
Aksiya iştirakçıları dünya ölkələrindən istəyiblər ki, Yəmənə təcavüz etmiş ölkələrin başçılarını hərbi canilər kimi beynəlxalq məhkəmələrdə mühakimə etsinlər.
Onlar bildiriblər ki, səudiyyə rejimi öz pulu ilə BMT-ni satın alıb və qəsdən yəmənliləri kütləvi surətdə qırır.

Teqlər