Yəmən hücumlar və aclıq altında
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196294-yəmən_hücumlar_və_aclıq_altında
Ali-Səud qırıcı təyyarələrinin Həccə və ədən vilayətlərinə hava hücumları ötən gecə davam edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 29, 2015 05:19 Asia/Baku
  • Yəmən hücumlar və aclıq altında
    Yəmən hücumlar və aclıq altında

Ali-Səud qırıcı təyyarələrinin Həccə və ədən vilayətlərinə hava hücumları ötən gecə davam edib.

Səhər Beynəlxalq Televiziyasının əl-Məsirə telekanalına istinadla verdiyi məlumata görə, Həccə vilayətinin Hirz şəhərciyinə hücumda 5 yəmənli yaralanıb.
Hava hücumları ilə yanaşı Ərəbistanın quru qüvvələri də ötən gecə Sədə vilayətinin Mənbə və Ədən vilayətinin Darus-Səəd məntəqəsinə hücum edərək bu bölgələrə nüfuz etmək niyyətində olublar. Lakin Ənsarullah qüvvələrinin müqaviməti ilə üzləşərək ağır xəsarət veriblər. Bu hücumda 10 ərəbistanı muzdlu öldürülüb, ən azı 40 nəfər də yaralanıb.
Yəmən ordusu və müqavimət qüvvələri qarşılıq verərək əl-Zəhran, əl-Qəsibat, əl-Qaim və əl-Xubədə düşmənin mövqelərini hədəfə alıblar.