Ərəbistanın Yəmənə hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196330-Ərəbistanın_yəmənə_hücumları_davam_edir
Səudiyyə Ərəbistanının Yəmənin müxtəlif bölgələrinə hava hücumları davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 30, 2015 08:13 Asia/Baku
  • Ərəbistanın Yəmənə hücumları davam edir
    Ərəbistanın Yəmənə hücumları davam edir

Səudiyyə Ərəbistanının Yəmənin müxtəlif bölgələrinə hava hücumları davam edir.

Səhər Beynəlxalq Televiziyasının Yəmənin əl-Məsirə telekanalına istinadla verdiyi məlumata görə, Ərəbistan qırıcıları bu gün bir neçə dəfə Həccə vilayətinin Hirz bölgəsində Ahim məntəqəsini bombardman ediblər.
Səudiyyə qırıcıları Yəmənin mərkəzində yerləşən Marib vilayətinin əl-İşraq, əl-Cəfniyyə, əl-Sədd əl-Qədim bölgələrini də hədəfə alıblar.
Həmçinin Yəmənin Müdafiə Nazirliyi bildirib: Səudiyyəlilərin cinayətlərinə cavab olaraq yəmənli qüvvələr Ərəbistanın əl-Qəsibat, əl-Qaim və əl-Xubə hərbi bölgəsini raketlə atəşə tutublar.
Bundan öncə də yəmənlilər skad raketləri ilə Ərəbistan ərazisində səudiyyəlilərin hərbi mövqelərini atəşə tutmuşdular. Bu hücumlarda səudiyyəli hərbi qüvvələrin komandanı öldürülmüşdü.
Bu arada bir yəmənli hərbi rəsmi deyib: Ədəndə ordu və Ənsarullaha bağlı xalq qüvvələri tərəfindən əl-Qaidənin təhlükəli terrorçularından Rəmzi ləqəbli Məhəmməd Şükri Baibad öldürülüb.