Ərəbistan BMT-nn Yəmən haqdakı hesabatı barədə iddia edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196348-Ərəbistan_bmt_nn_yəmən_haqdakı_hesabatı_barədə_iddia_edir
Səudiyyə Ərəbistanının müdafiə nazirinin müşaviri BMT və Sərhədsiz Həkimlər Təşkilatının Yəmənin vəziyyəti və Ər-Riyadın hava hücumlarının tələfatı barədəki hesabatını qeyri-düzgün adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 31, 2015 07:51 Asia/Baku
  • Ərəbistan BMT-nn Yəmən haqdakı hesabatı barədə iddia edir
    Ərəbistan BMT-nn Yəmən haqdakı hesabatı barədə iddia edir

Səudiyyə Ərəbistanının müdafiə nazirinin müşaviri BMT və Sərhədsiz Həkimlər Təşkilatının Yəmənin vəziyyəti və Ər-Riyadın hava hücumlarının tələfatı barədəki hesabatını qeyri-düzgün adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Ərəbistanın müdafiə nazirinin müşaviri Əhməd Əsiri Ər-Riyadın mühasirəsi nəticəsində Yəməndə sivillərin həlak olmasına dair bu ölkə barəsində Sərhədsiz Həkimlər Təşkilatının hesabatına reaksiya verərək iddia edib ki, bu təşkilatın hesabatı tərəfsiz deyildir.
BMT-nin Uşaq Fondu YUNİSEF-in hesabatına görə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya və Yəmənin istefa vermiş prezidentinin tərəfdarı olan qüvvələrin hücumları nəticəsində yüzlərlə yəmənli uşaq həyatını itirmişdir.
Sərhədsiz Həkimlər Təşkilatının sədri Juan Liu Yəmənə humanitar yardımların daxil olmasına maneələrin yaradıldığını bildirərək əlavə edib: Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəmənə qarşı müharibə həddində tətbiq etdiyi mühasirə sivillərin ölümü ilə nəticələnir.
BMT İnsan Haqları Ali Komissarlığının bildirdiyinə görə, Ərəbistanın ötən 4 ay ərzində Yəmənə təcavüzü nəticəsində ən azı 1900 nəfər həlak olub, 4000 nəfər də yaralanıb.