Ərəbistanın hücumları davam edir, Yəməndə insan vəziyyəti acınacaqlıdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196371-Ərəbistanın_hücumları_davam_edir_yəməndə_insan_vəziyyəti_acınacaqlıdır
Ötən gecə də Yəmənin Sədə, Ləhic, Həccə və Marib vilayətləri bir daha bombalanıb. Bu hücumlarda bir qrup yəmənli şəhid olub və yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 01, 2015 04:45 Asia/Baku
  • Ərəbistanın hücumları davam edir, Yəməndə insan vəziyyəti acınacaqlıdır
    Ərəbistanın hücumları davam edir, Yəməndə insan vəziyyəti acınacaqlıdır

Ötən gecə də Yəmənin Sədə, Ləhic, Həccə və Marib vilayətləri bir daha bombalanıb. Bu hücumlarda bir qrup yəmənli şəhid olub və yaralanıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Səudiyyə Ərəbistanı qırıcı təyyarələri Yəmənin Sədə vilayətində bir bölgəni bombardman ediblər. NƏticədə bir ailənin ən azı 4 üzvü həlak olub.
Səudiyyəlilərin amansız hücumlarının davam etməsi Yəməndə insan faciəsini yaradır və humanitar yardım qrupları ərzaq və dərmana ehtiyaclı 21 milyon yəmənlinin acınacaqlı vəziyyəti barədə xəbərdarlıq ediblər.
Son rəsmi statistikaya əsasən, Yəməndə şəhid olan və yaralananların sayı 15 mindən yuxarıdır.
Bu arada Yəmən ordusu və xalq qüvvələri də ötən gecə səudiyyəlilərin Cizandakı bir hərbi bazasına hücum edərək bir qrup səudiyyəli hərbçini öldürüblər.
Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın sərhəd bölgələri, o cümlədən bu ölkənin sərhəd qvardiyasının Nəcran komandanlığı və Zəhranda əl-Məltah hərbi bazasını raket və top atəşinə tutublar. Nəticədə 12 Ərəbistan hərbçisi öldürülüb və yaralanıb.