Suriya qarşıdurmalarında 100-dən çox Tacikistan vətəndaşı öldürülüb
Avq 01, 2015 11:57 Asia/Baku
Tacikistan Baş Prokurorluğunun Milli Təhlükəsizlik Məsələlərinə Nəzarət Mərkəzi bu ölkənin 100-dən çox vətəndaşının Suriyada gedən döyüşlərdə öldürüldüyünü bildirib.
Səhər Beynəlxalq Televiziyasının verdiyi məlumata görə, Tacikistan Baş Prokurorluğunun Milli Təhlükəsizlik Məsələlərinə Nəzarət Mərkəzinin rəisi Əbdürrəhim Əbdülhəsənov jurnalistlərlə keçirdiyi mətbuat konfransında əlavə edib: Suriyada olan taciklərin təxminən 30-40 nəfərini qadınlar təşkil edir.Əbdülhəsənov deyib: İndiyə qədər bu qadınların döyüşlərdə iştirak edib-etməməsi müəyyənləşməyib. Lakin bu məsələ aydındır ki, onlar həyat yoldaşları ilə birlikdə Suriyaya gediblər.
Ötən həftə Tacikistan daxili işlər naziri Ramazan Rəhimzadə jurnalistlərə verdiyi açıqlamada bildirmişdi ki, 519 Tacikistan vətəndaşı Suriyaya gedib və onun təxminən 150 nəfəri öldürülüb.