Ərəbistanın Yəmənin müxtəlif bölgələrinə hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196400-Ərəbistanın_yəmənin_müxtəlif_bölgələrinə_hücumları_davam_edir
Ali-Səud rejimi qırıcı təyyarələri Yəmənə hücumlarının davamında bu ölkənin müxtəlif bölgələrini bombardman ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 01, 2015 12:47 Asia/Baku
  • Ərəbistanın Yəmənin müxtəlif bölgələrinə hücumları davam edir
    Ərəbistanın Yəmənin müxtəlif bölgələrinə hücumları davam edir

Ali-Səud rejimi qırıcı təyyarələri Yəmənə hücumlarının davamında bu ölkənin müxtəlif bölgələrini bombardman ediblər.

Səhər Beynəlxalq Televiziyasının Yəmənin əl-Məsirə televiziyasına istinadla verdiyi məlumata görə, Ali-Səud rejimi qırıcı təyyarələri Yəmənə hücumlarının davamında şənbə günü Həccə vilayətinin Hirz məntəqəsini hücumlara məruz qoyublar. Nəticədə bir neçə yəmənli həlak olub və yaralanıb.
Səudiyyə qırıcıları həmçinin Yəmənin Sədə vilayətini bombalayıblar. Bu bombarmdan nəticəsində ən azı 4 yəmənli həlak olub.
Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Yəmənin Marib vilayətini də bombardman ediblər. Bu hücumda 5 yəmənli həlak olub və yaralanıb.
Səudiyyəli qırıcılar həmçinin Ləhic vilayətinin Hutə məntəqəsini bir neçə dəfə bombardman ediblər.
Bu arada Yəmən ordusu və Ənsarullah Hərəkatına bağlı xalq qüvvələri Ərəbistanın hücumlarının davam etməsinə reaksiyada bu ölkənin sərhəd bölgələrindəki hərbi bazalarını atəşə tutublar.
Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin sözçüsü Mənsur əl-Türkiyə etiraf edib ki, Ənsarullah qüvvələrinin Ərəbistanın Cazan və Zəhran sərhəd bölgələrindəki hərbi bazalarına minaatanlarla hücumunda 4 səudiyyəli hərbçi öldürülüb və 8 nəfər də yaralanıb.