Səudiyyə tankları Zəhrandakı hərbi mövqelərdən geri çəkiliblər
Avq 03, 2015 05:49 Asia/Baku
-
Səudiyyə tankları Zəhrandakı hərbi mövqelərdən geri çəkiliblər
Yəməndə ordu və xalq komitələri qüvvələrinin Ərəbistanın hücumlarına cavabının davamında səudiyyə tankları bu ölkənin cənubundakı mövqelərindən geri oturublar.
Təsnim xəbər agentliyinin məlumatına görə, Yəmənin ordu və xalq komitələri qüvvələri Ərəbistanın bu ölkənin cənubundakı bir neçə hərbi bazasını gülləbaran ediblər ki, nəticədə səudiyyə tankları və transportyorları hədəfə tutulmaq qorxusundan geri çəkilməyə məcbur olublar.Digər tərəfdən, Yəmənin ordu və xalq komitələri qüvvələrinin Ədən şəhərinin Cəulə məntəqəsində keçirdikləri xüsusi əməliyyatda bu ölkənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadinin tabeliyində olan çoxlu sayda ünsür öldürülüb və bir qrup ünsür də əsir götürülübdür.
Belə bir halda, Ərəbistan qırıcıları Yəmənin şimalındakı Səədə şəhərində yerləşən Əlhusamə və Səyyah məntəqələrini iki dəfə bombardman ediblər.
Ərəbistanın sərhəd qüvvələri həmçinin bu ölkənin sərhədləri yaxınlığında Yəmən ərazilərini ağır və yüngül silahlarla hədəfə alıblar.
Teqlər