İraqda 15 min İŞİD terrorçusu öldürülüb
Avq 03, 2015 10:29 Asia/Baku
-
İraqda 15 min İŞİD terrorçusu öldürülüb
Amerikanın İraqdakı səfiri iddia edib ki, İŞİD-in İraqdakı mövqelərinə qarşı hücumlarda bu terror qrupunun on beş min üzvü öldürülüb.
Əlsuməriyyə xəbər portalının məlumatına görə, Amerikanın İraqdakı səfiri Stüart Conz bazar günü İraqın paytaxtı Bağdadda müxbirlər qarşısında iddia edib ki, İŞİD-ə qarşı koalisiya qüvvələri bu terror qrupuna qarşı üç mindən çox hava hücumu həyata keçirib və bu hücumlarda on beş mindən çox İŞİD terrorçusu öldürülüb.İŞİD-in İraq və Suriyadakı cinayətləri dünya ictimaiyyətinin nigarançılığına səbəb olub və bəzi ərəb və qeyri-ərəb ölkələri bu qrupun İraq və Suriyanın ərazilərindən daha çox məntəqəni işğal etmək üzrə səylərindən xəbər veriblər.