BƏƏ və Ərəbistan Yəmənin parçalanmasında həmkarlıq edirlər
Avq 03, 2015 14:09 Asia/Baku
-
BƏƏ və Ərəbistan Yəmənin parçalanmasında həmkarlıq edirlər
Birləşmiş Ərəb Əmilikləri və Ərəbistan Yəməni parçalamaq üçün bu ölkənin cənub vilayətlərində hərbi əməliyyatların idarə olunmasını öz üzərlərinə götürüblər.
Əlməyadin telekanalının internet portalının məlumatına görə, Birləşmiş Ərəb Əmilikləri İŞİD və Əlqaidə terrorçuları, eləcə də səudiyyə muzdurları ilə həmkarlıq edərək, Yəmənin ordusu və xalq komitələri qüvvələrinə qarşı hərbi hücumların idarə olunması üçün əməliyyat otağı təşkil edibdir ki, üç oxşar İordaniya, Ərriyad və Əbudəbi əməliyyat otaqları ilə əlaqədədir.Birləşmiş Ərəb Əmilikləri Fransanın onun ixtiyarına qoyduğu və konkret olaraq, Yəmənin Ədən şəhəri üzərində təmərküzləşmiş süni peyk vasitəsi ilə Yəmənin informasiyalarını Səudiyyə rejiminin Müdafiə Nazirliyindəki koalisiya əməliyyatı otağına ötürür.
Bu məlumata görə, indiyədək Birləşmiş Ərəb Əmiliklərinin mindən yuxarı hərbçisi İŞİD və Əlqaidə terrorçuları, eləcə də səudiyyə muzdurlarına kömək etmək üçün Ədən şəhərinə daxil olubdur.
Bundan öncə Səudiyyə xanədanındakı olayların gizli cəhətlərini ifşa etməkdə məşhur olan ərəbistanlı siyasi fəal Müctəhid Twitter-dəki şəxsi səhifəsində Ərəbistanın müdafiə naziri Muhəmməd bin Salmanın Yəmənin parçalanması üçün Əbudəbi vəliəhdi Muhəmməd bin Zaid Ali-Nəhyanın planı ilə həmkarlığından xəbər verib.
Səudiyyə hərbi təyyarələrinin hərbi təcavüzündə Oman istisna olmaq şərti ilə Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələr daxil olmaqla on ərəb ölkəsi Yəmənə hücumda sionist rejim, Amerika və Ərəbistanı müşayitə edir.