Livanda sionistlərin casusu yaxalanıb
Avq 04, 2015 13:37 Asia/Baku
Livan Hizbullahının təhlükəsizlik xidmətləri sionist rejimin MOSSAD casusluq orqanı ilə bağlı olan casuslardan birini həbs ediblər.
Fələstinli Səma xəbər agentliyinin məlumatına görə, 43 yaşlı Nasir Hərb sionist rejimin xarici casusluq orqanı- MOSSAD üçün casusluq günahı ilə aşkarlanaraq, həbs edilib.Bu məlumata görə, Almaniya vətəndaşlığı olan Nasir Hərb Livan Hizbullahına aid xəstəxanaların birində soyuducu sistemlərin mühəndisi adı altında MOSSAD-ın muzdluları və casusları ilə əlaqədə olubdur.
İsrail rejimi 2006-cı ildə Livan Hizbullahına qarşı 33 günlük savaşdakı məğlubiyyətindən sonra Hizbullaha qarşı kəşfiyyat müharibəsi salıbdır.
2009-cu ilin aprelindən bəri Livanda yüzdən yuxarı şübhəli, o sıradan rabitə işçiləri və təhlükəsizlik qüvvələri MOSSAD ilə əlbir olmaq ittihamı ilə həbs olunub.